
Fransa C-130 “Hercules” hərbi nəqliyyat təyyarələrini təkmilləşdirəcək
ABŞ Dövlət Departamenti Fransa Hökumətinə təxmini dəyəri 350 milyon dollar təşkil edən satış müqaviləsinə razılıq verib.
Bu barədə Azeri Defence saytı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.
Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək tədarükə 4 ədəd C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsi üçün AE-2100D turboprop mühərriki və 2 ədəd çoxfunksiyalı MIDS-LVT BU2 sistemi və əlaqədar avadanlıqlar daxildir.
KATEQORIYA: Xəbərlər