
Fransa E-2D radiolakasiya kəşfiyyatı təyyarələri alır
ABŞ Dövlət Departamenti Fransa Silahlı Qüvvələrinə E-2D “Advanced Hawkey” uzaq mənzilli radiolakasiya (RLS) kəşfiyyatı təyyarələrinin və avadanlıqlarının satışına razılıq verib.
Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.
Fransa Hökumətinin sifarişi əsasında həyata keçirilən satınalmanın dəyəri 2 milyard ABŞ dolları təşkil edir.
Xarici Hərbi Satış proqramı çərivəsində ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən 3 ədəd E-2D “Advanced Hawkey” uzaq mənzilli radiolakasiya kəşfiyyatı təyyarəsi Fransa Silahlı Qüvvələrinə tədarük ediləcək.
KATEQORIYA: Xəbərlər