Fransa “Fortress Mk 2” və “Armis” maşınlarını nümayiş etdirib

Fransa “Fortress Mk 2” və “Armis” maşınlarını nümayiş etdirib

Fransanın zirehli avtomobil istehsalçısı “Arquus” onlayn sərgidə “Fortress Mk 2” zirehli maşının və “Armis” çeşidli logistika vasitələrini təqdim edib.

“Armis” logistik və taktiki yük maşınları ailəsinə 4×4, 6×6 və 8×8 təkər formuluna malik nəqliyyat vasitələri daxildir. “Armis” maşınları maddi-texniki və taktiki tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Şirkət tərəfindən nümayiş etdirilən nümunələrə su daşıyıcıları, səyyar emalatxanalar və yedək maşınları daxildir.

Sərgidə nümayiş etdirilən “Fortress Mk 2” maşını “Arquus” şirkətinin istehsalı olan “Bastion” zirehli nəqliyyat vasitəsinin təkmilləşdirilmiş versiyasıdır. Çəkisi 14,5 ton olan nəqliyyat vasitəsi yeni nəsil yüngül zireh istifadə edir. “Fortress Mk 2” maşının üzərinə “Hornet” adlı uzaqdan idarə olunan döyüş modulu inteqrasiya olunub.

Sərgidə məlumat verilib ki, nəqliyyat vasitələrinin hamısı Fransa Ordusunun “Scorpion” avadanlıqlarına uyğundur.

Qeyd edək ki, “Arquus” tərəfindən iyunun 8-də başlayan onlayn sərgi iyulun 31-ə qədər davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş