Fransa Gürcüstana HHM sistemlərinin satışını yubadır

Fransa Gürcüstana VL MICA zenit raket kompleksinin (ZRK) çatdırılmasını ləngidir.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

2015-ci il iyulun 10-da Gürcüstan Müdafiə Nazirliyi ilə “MBDA France” və “Thales” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Fransa şirkətləri Gürcüstan Silahlı Qüvvələrinə VL MICA-nın orta mənzilli yerüstü ZRK-nin bir bateriyasını çatdırmalıdır.

Bununla yanaşı Fransanın paytaxtı Paris şəhərində keçirilən aviaşou çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyiilə  “ThalesRaytheonSystems” şirkəti arasında “Ground Master GM 200” (GM200) və “Ground Master 400” (GM400) radarlarının (RLS) alğı-satqısına dair müqavilə imzalanmışdır.

2016-cı ildə Fransanın “Coface” Idxal-Ixrac Sığorta Agentliyi tərəfindən sığorta edilməklə “Societe General” bankı radarların və raket əleyhinə sistemlərin alınması üçün Gürcüstana 82,82 milyon avro uzunmüddətli kredit ayırıb.

Lakin buna baxmayaraq Gürcüstan hələ də yeni silah sistemlərini almayıb.

Ümumilikdə Hava Hücumundan Müdafiə vasitələrinin alınmasının maliyyələşdirilməsinə bu kreditdən 77,63 milyon avro nəzərdə tutulmuşdu. Onun 52,65 milyon avro RLS və “ThalesRaytheonSystems”dən döyüş idarəetmə məntəqələrinin, 24,98 milyon avro isə “MBDA Fransadan VL MICA ZRK batareyasının alınmasına sərf olunmalı idi.

Gürcüstanın müdafiə naziri Levan İzoriya Fransada işçi səfəri çərçivəsində fransız kolleqası Jean-Yves Le Drian sözügüdən sistemlərin gürcü ordusuna çatdırılmaları üzrə müqavilənin icrasının detallarını müzakirə edib.

Gürcüstan mediasında yer alan xəbərlərə görə, Fransa Rusiyanın reaksiyasından ehtiyat edərək raket əleyhinə sistemləri Gürcüstana təhvil vermir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş