Fransa ilk “Dassault Rafale DQ” təyyarəsini Qətərə təhvil verdi

Fransa ilk “Dassault Rafale DQ” təyyarəsini Qətərə təhvil verdi

Fransa ilk “Dassault Rafale DQ” döyüş rəyyarəsini Qətər Hərbi Hava Qüvvələrinə təhvil verib.

Bu barədə “AzeriDefence” “Dassault Aviation” şirkətinə istinadən məlumat verib.

Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal olunan quyruq nömrəsi QA202, seriya nömrəsi DQ2 “Dassault Rafale DQ” döyüş rəyyarəsi Qətərin Tamim aviabazasına enib.

Qeyd edək ki, 2015-ci ilin may ayında Qətərlə Fransanın “Dassault Aviation” şirkəti arasında 24 ədəd dördüncü nəsil çoxfunksiyalı “Dassault Rafale” təyyarəsinin alınması ilə bağlı dəyəri 6,3 milyard avro olan müqavilə imzalanıb. 2017-ci il dekabrın 7-də isə əlavə 12 ədəd “Rafale” təyyarəsinin çatdırılmasını sifariş verilib.

Bundan başqa 2017-ci ilin iyun ayında Qətər ABŞ-dan 12 milyard dollarlıq “McDonnel Douglas F-15 Eagle” qırıcısının alınması ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə 36 təyyarənin alınması daxildir. 2017-ci il dekabrın 10-da Dohada Qətər ilə Böyük Britaniya arasında 24 ədəd çoxfunksiyalı “Eurofighter Typhoon” döyüş təyyarəsinin alqı-satqısına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri təxminən 6 milyard funt sterlinq təşkil edib. Təyyarələrin Qətərə çatdırılması 2022-ci ilin sonunadək başa çatdırılmalıdır. Beləliklə, Qətər indiyədək dörd növ müasir çoxfunksiyalı qırıcı sifariş verib, bunların ümumi sayı 120 ədəd təşkil edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş