Fransa kəşfiyyat-müşahidə PUA-larını silahlandıracaq
Fransa yaxın gələcəkdə kəşfiyyat-müşahidə xarakterli piltosuz uçuş aparatlarını (PUA) silahlandıracaq.
“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, Fransanın müdafiə naziri Florence Parly, yaxın gələcəkdə PUA-ları silahlandırmağa qərar verdiyini açıqlayıb.
Müdafiə naziri qeyd edib ki, 2019-ci ildən etibarən kəşfiyyat-müşahidə PUA-lar dəqiq idarə olunan silahlarla təchiz olunacaq.
Nazirin sözlərinə görə, Fransa silahlanma işlərinə ilk növbədə ABŞ-dan alınan altı ədəd silahsız “Reaper” PUA-ları ilə başlayacaq.
Silahlandırılmış pilaotsuz uçuş aparatları müşahidə və döyüş qabiliyyətinə malik olacaq.