Fransa Ordusunun zirehli maşınları yeni silah sistemləri ilə təchiz olunur

Fransa “Griffon” VBMR (Véhicule Blindé MutiRôle) və “Jaguar” EBRC (Engin Blindé de Reconnaissance et de Combat) zirehli maşınlarını yeni silahlarla təchiz edir.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Fransa Müdafiə Nazirliyi “Scorpion” proqramı çərçivəsində “Griffon” VBMR və “Jaguar” EBRC döyüş-kəşfiyyat zirehli maşınlarının silahlandırılmasını sifariş edib.

Məlumat üçün bildirək ki, 2014-cü ildə icrasına başlanılan “Scorpion” proqramı çərçivəsində “Griffon”, “Jaguar” ilə yanaşı VBMR-L yüngül zirehli maşınının çoxməqsədli zirehli maşını yaradılır, həmçinin “Leclerc” tankının modernləşdirilməsi aparılır.

“Griffon” və “Jaguar” Ordunun hərbi-texnika parkında yer alan VAB APC, AMX-10RC və ERC-90 “Sagaie”zirehli maşınların əvəz edilməsi üçün nəzərdə tutulub. Şifariş çərçivəsində podratçı “Nexter”, “RTD” və “Thales” şirkətləri ilk partiyada 319 ədəd “Griffon” və 20 ədəd “Jaguar” Fransa Ordusuna təhvil verəcək.

Ümumilikdə isə Fransa Müdafiə Nazirliyi 1722 “Griffon” və 248 “Jaguar” almağı planlaşdırır. “Griffon”un ilk zirehli maşınları növbəti ildə, “Jaguar”ın isə ilk zirehli maşınları 2020-ci ildə qoşunların inventarına daxil olacaq.

“Jaguar” Fransa Müdafiə Nazirliyində “Scorpion” proqramının ən mürəkkəb hərbi maşını adlandırılır. “Jaguar”ın silahlanmasına yeni 40 CTAS tipli 40 mm-lik avtomatik top təchiz ediləcək.

Zirehli maşın həmçinin tank əlehinə raket kompleksi və distans idarəolunan 7,62 mm-lik pulemyotla silahlandırılıb. “Griffon” universal maşını 5 modifikasiyada buraxılacaq.

Zirehli maşın komandir və sürücü daxil olmaqla 10 heyəti daşımaq qabliyyətindədir. Maşının silahlanmasında distans idarəolunan 12,7 və ya 7,62 mm-lik pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan yer alacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş