Fransa Silahlı Qüvvələri “Spy Ranger” PUA-ları alır

Fransa höküməti ilə “Thales” şirkəti arasında 108,8 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqavilə çərçivəsində “Thales” şirkəti Fransa Silahlı Qüvvələri üçün 35 ədəd “Spy Ranger” versiyalı pilotsuz uçuş aparatı (PUA) istehsal edəçək.

“Thales” 2019-cu ilin sonuna qədər 35 ədəd PUA-nı sifarişçiyə təhvil verməyi planlaşdırıb.

Müqavilə şərtlərində “Thales” şirkəti tərəfindən satışını həyata keçirdiyi “Spy Ranger” pilotsuz uçuş aparatların 10 illik servis xidmətləri və lazım olan avadanlıqlarla təmini nəzərdə tutulub.

“Spy Ranger” mini PUA 2,5 saat havada qalır və 30 km-lik əməliyyat mənzilinə sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş