Fransa şirkəti Avstraliya üçün 34,5 milyard dollar dəyərində gəmilər inşa edəcək

Fransa Avstraliyanın Hərbi Dəniz Qüvvələrinin gəmi parkının tam yenilənməsi layihəsini həyata keçirəcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Fransa bu tenderdə Almaniya və Yaponiyaya qalib gələ bilib.

Təkcə tikiləcək 12 sualtı hərbi gəminin dəyəri 34,5 milyard ABŞ dolları olacaq. Müqaviləyə əsasən, gəmiləri Fransanın DCNS şirkəti həyata keçirəcək. Fransa prezidenti Fransua Olland ölkəsinə edilən etibara görə, Avstraliya hökumətinə təşəkkürünü bildirib.

Məlumatda o da qeyd edilib ki, dünya hərb tarixində bu tipli sazişə çox az hallarda rast gəlinib.  Ona görə də müqaviləyə “əsrin kontraktı” adı verilib.

Xatırladaq ki, Fransanın DCNS şirkəti tenderdə Almaniyanın “ThyssenKrupp Marine Systems” (TKMS), Yaponiyanın isə “Mitsubishi Heavy Industries” şirkətlərini üstələyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş