Fransada 400 hərbi qulluqçu COVID-19 virusuna yoluxub

Fransada 400 hərbi qulluqçu COVID-19 virusuna yoluxub

Fransa Silahlı Qüvvələrinin 400 hərbi qulluqçusu COVID-19 virusuna yoluxub.

“AzeriDefence”nin Fransa mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Florans Parli deyib.

Müdafiə naziri koronavirus infeksiyasına yoluxan hərbçilər arasında ağır vəziyyət və ölüm halı qeydə alınmadığını bildirib.

Onun sözlərinə görə, COVID-19 epidemiyasının genişlənməyə başladığı vaxtdan ordu mülki əhaliyə sanitar xidmətin göstərilməsində mühüm rol oynayıb.

Müdafiə naziri Florans Parli bildirib ki, “Resilience” (davamlı müqavimət) hərbi əməliyyatları çərçivəsində ordu xəstələrin təyyarə və ya gəmilərlə xəstəxanalara daşınmasını təmin edir, logistika xidməti göstərir.

Bundan başqa, Fransada mülki sahədə üzləşiləcək daha çətin vəziyyətlərdə bütün hərbi nəqliyyatdan istifadəni təmin etmək, o cümlədən lazım gəldikdə hərbi qulluqçulara polis səlahiyyətləri vermək kimi missiyalar düşünülür.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş