Fransanın M51 ballistik raketi 6000 kilometri vurub

Fransanın M51 ballistik raketi 6000 kilometri vurub

Fransa Hərbi Dəniz Qüvvələri “Le Téméraire” tipli sualtı qayıqdan nüvə qabiliyyətli M51 SLBM (Submarine Launched Ballistic Missile) ballistik raketin sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Navalnews”a istinadən məlumat verib.

Finister ərazisində sualtı qayıqdan buraxılan döyüş başlığı daşımayan M51 raketi Fransa donanmasının FS Monge (A 601) sinifli gəmisindən də izlənilib. Şimali Atlantik okeanında sahildən bir neçə yüz kilometr uzqlıqda boş sahəyə düşən raketin sınaqlarının uğurla nəticələndiyi hesab edilir.

Audierne körfəzində “Le Téméraire” sualtı qayığından başlayan M51 raketinin düşmə zonası 6000 km-dən azdır. Zərbə zonası Puerto Riko və Dominikan Respublikası sahillərindən 650 km məsafədədir. Qeyd edək ki, Fransa donanmasından “Dassault Falcon” 50MS (FNY5015) gəmisi və ABŞ donanmasından RC-135S (ZIGGY11) gəmisi sınaq zamanı təsir zonasının yaxınlığında keşik çəkib.

Üç mərhələli M51 ballistik raketinin atış uzaqlığı 10 000 kilometr təşkil edir. Qatı yanacaqla işləyən mühərriklə təchiz edilən raket altı döyüş başlığı daşıya bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş