Fransanın OCEA şirkəti Ukraynaya 20 ədəd sürətli kater inşa edəcək

Fransanın OCEA şirkəti Ukraynaya 20 ədəd sürətli kater inşa edəcək

Ukrayna Dövlət Sərhəd Qoşunları ilə Fransanın OCEA şirkəti arasında müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, müqavilə çərçivəsində OCEA şirkəti Ukrayna Dövlət Sərhəd Qoşunlarına 20 ədəd sürətli patrul kateri tədarük edəcək.

OCEA FPB 98 Mk I indeksli sürətli katerlərin ilk partiyası 2021-ci ildə sifarişçiyə çatdırılacaq. Proqram çərçivəsində tədarük ediləcək katerlərin 5 ədədinin üç il ərzində Ukraynanın Nibulon tərsanəsində inşası planlaşdırılır. Müqavilənin dəyəri 136,5 milyon avro təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş