Fransız döyüş təyyarələri Hindistanda istehsal olunacaq

Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Rafale” döyüş təyyarələri Hindistanda da istehsal olunacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, Hindistan hökuməti bunun üçün yerli “Reliance Aerostructure” və Fransanın “Dassault Aviation” şirkətlərinə ortaq müəssisə yaratmaq ücün icazə verib.

Bununla bağlı 2016-cı ilin oktyabrında adıçəkilən şirkətlər arasında müvafiq sənədə imza atılıb.

 

İlkin olaraq 36 ədəd “Rafale” döyüş təyyarələrinin istehsalı nəzərdə tutulub.

Şirkətlər arasında imzalanan müqavilənin dəyəri 8,85 milyard dollar təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş