Fransız Ordusu MMP tank əleyhinə raketini test edir

Fransa Müdafiə Satınalmalar Agentliyi (Direction Generale de l Armement) MMP (Missile de Moyenne Portee) sisteminin ilk atışını keçirib.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MBDA şirkəti məlumat yayıb.

MBDA tərəfindən MİLAN tank əleyhinə raketlərinin əvəz etmək üçün hazırlanmış MMP test atışında 4000 metr uzaqlıqdakı hədəfə kilidlənərək məhv edib. Raket kompleksinin daha bir testi cari ilin birinci rübündə keçiriləcək.

Fransa Silahlı Qüvvələrinin 2014-2019-cu illərdə arsenalının müasirləşdirilməsi proqramı çərçivəsində hazırlanmış yeni nəsil tank əleyhinə raket sistemi olan MMP-nin Fransız ordusuna silahın çatdırılması 2017-ci ilə planlaşdırılır.

MMP iki nəfər tərəfindən idarə olunur. Raket konteynerinin çəkisi 15 kq, buraxıcı sistemin çəkisi isə 11 kq (batareya və tripod daxil) təşkil edir. “At və unut” prinsipinə malik MMP raketinin tandem döyüş başlığı 4000 metr məsafədən sığınacaqlar və hərəkət halında olan zirehli vasitələrə qarşı təsirlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş