Fransız əsgərlərini Əfqanıstanda IT180 qoruyacaq

INFOTRON şirkəti tərəfindən hazırlanmış IT180 helikopter tipli mini pilotsuz uçuş aparatı Əfqanıstandakı Fansa hərbi birlikləri tərəfindən istifadə olunacaq. AzeriDefencenin bildirdiyinə görə, bu barədə INFOTRON şirkəti məlumat yayıb.

Fransa Müdafiə Tədarük Agentliyi (DGA) tərəfindən sifariş verilmiş bu sistemlər özəlliklə əldəqayırma partlayıcı vasitələrlə mübarizə sahəsində mühəndis birliklərinə ən yaxşı müşahidə imkanlarını təqdim edəcək. PUA-ların ilk partiyasının qarşıdakı aylardan fransız ordusuna çatdırılmasına başlanacаq. IT180 ən çox 3 km və 30 dəqiqəlik uçuş imkanına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş