Fransız şirkəti Azərbaycana yüksək dəqiqlikli optik müşahidə peykini təklif edib

Fransanın “Airbus” şirkəti Azərbaycana özünün yeni nəsil optik müşahidə peyki olan “AstroBUS”u təklif edib.

Bu barədə “AzeriDefence”yə “BakuTel-2017” sərgisində iştirak edən “Airbus Defence and Space” şirkətindən məlumat verilib.

Sərgi çərçivəsində “AstroBUS” barədə məlumatlar Azərbaycan rəsmilərinə təqdim olunub. Görüşlərdə peykin imkanları və Azərbaycan tərəfinin istəkləri müzakirə edilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, Azərbaycanın kiçik ölçülü peyk proqramına təklif olunan “AstroBUS” böyük zoomlu yüksək dəqiqlikli çəkiliş qabiliyyətinə malikdir. Bu imkanlarına görə, adıçəkilən peyk “Spot 7”ni qabaqlayır. “Spot 6” peykinin ayırdetməsi 1.5 metr olduğu halda “AstroBUS”da bu göstərici 0.5 metrdir.

Peykin kosmosda qalma müddəti 10 ildir.

Qeyd edək ki, Azərbaycan iki il öncə “Airbus” şirkətindən “Spot 6” (AzerSky”) peykini alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş