Fransızlar dəniz sistemləri şirkətini almanlara güzəştə getdilər

Dünyanın iri aviasiya sənayesi şirkətlərindən olan Fransanın “Airbus” “Atlas Elektronik” firmasındakı səhimlərini Almaniyanın “ThysenKrupp” şirkətinə satmaq qərarına gəlib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Fransanın “Airbus” şirkəti açıqlama yayıb.

“Airbus” və “ThysenKrupp” şirkətləri “Atlas Elektronik”i 2006-cı ildə 268,3 milyon dollara satın alıb.

Dəyəri açıqlanmayan müqaviləyə əsasən “Airbus” sözügedən şitkətdən payına düşən 49 faiz səhimləri “ThysenKrupp”a təhvil verəcək.

Qeyd edək ki, “Atlas Elektronik” şirkəti dəniz donanması, naviqasiya, rabitə və pilotsuz sualtı sistemləri istehsal edir.

KATEQORIYA:
Bu xəbəri paylaş