“Fury” bombası hədəfi vurdu

ABŞ-ın “Textron Systems” şirkətinin istehsalı olan “Fury” lazer başlıqlı bombanın sınaqlarının növbəti mərhələsi keçirilib.

Bu barədə “AzeriDefence” “Textron Systems” şirkətinə istinadən məlumat verib.

“Fury” versiyası pilotsuz uçuş aparatlarından (PUA) atılmaq üçün nəzərdə tutulur.

Arizona ştatının “Yuma” poliqonunda keçirilən testlər zamanı bomba hərəkət edən hədəfə doğru atılıb və onu məhv edib.

“Textron Systems” şirkətindən sınaqların detalları barədə məlumat verilməsə də bildirilib ki, “Fury” bombalarından düşmənin nəqliyyat vasitəsinə qarşı istifadə oluna bilər.

Sursat düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikasını 1 metr sapma ilə asanlıqla məhv edə bilir.

Korrektə edilən bomba GPS və lazer başlıq vasitəsilə hədəfə yönəlir. 6 kq döyüş başlığı olan sursat 1,8 kq qəlpəli-fuqas daşıyır.

“Textron Systems” şirkətinin məlumatına görə, universal həssas “Fury” bombası PUA-ların müxtəlif tiplərinə, həmçinin təyyarə və helikopterlərə inteqrasiya oluna bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş