Füzuli cəbhəsində atışma olub, iki erməni əsgəri öldürülüb – CƏBHƏDƏN XƏBƏR

İyunun 16-dan 17-nə keçən gecə cəbhə xəttinin Füzuli rayonu istiqamətində ermənilərin təxribat cəhdinin qarşısı alınıb. “AzeriDefence.com” saytının bölgədəki hərbçilərdən aldığı məlumata görə, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında ermənilərin Azərbaycan Ordusunun mövqelərinə hücumu dəf edilib.

Həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəfin Bako Sumbatyan və Aram Beqleryan adlı iki əsgəri öldürülüb. Bir ədəd UAZ tipli nəqliyyat vasitəsi isə vurularaq sıradan çıxarılıb. Öldürülmüş hər iki əsgərin iyunun əvvəllərində Xankəndindən əraziyə gətirilmiş xüsusi təyinatlı qrupda olduğu bildirilir.

Cəbhədə öldürülmüş erməni əsgərlərindən biri Xankəndindəndir.

KATEQORIYA:
Bu xəbəri paylaş