Füzuli rayonunu raket və artilleriya mərmilərindən intensiv atəşə tutulub, yaralılar var

Füzuli rayonunu raket və artilleriya mərmilərindən intensiv atəşə tutulub, yaralılar var

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla oktyabrın 9-da səhər saat 08 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən onların yaşadıqları evlərə  külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş