Füzuli şəhərindən Şuşaya yol çəkilir

Füzuli şəhərindən Şuşaya yol çəkilir

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur.

“Azeri Defence” saytının məlumatına görə, bunu Prezident İlham Əliyev ötən gün Füzuli şəhərinə səfəri zamanı deyib.

“Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox avtomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir”, – deyə dövlət başçısı vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş