Füzulidə Ermənistan Ordusu tərəfindən atılmış ağ fosfor tərkibli döyüş sursatı zərərsizləşdirilib -VİDEO

Füzulidə Ermənistan Ordusu tərəfindən atılmış ağ fosfor tərkibli döyüş sursatı zərərsizləşdirilib -VİDEO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Füzuli rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş əməliyyatları zamanı atılmış bir ədəd tüstülü ağ fosfor tərkibli döyüş sursatı zərərsizləşdirib.

Bu barədə “Azeri Defence”nin Füzuli rayonuna ezam olunan əməkdaşı məlumat verib.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib ki, bundan əvvəl oktyabrın 9-da Füzuliyə, noyabrın 4-5-də isə Tərətər rayonuna atılmış ağ fosfor tərkibli sursatlar Agentlik tərəfindən zərərsizləşdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş