Füzulidə Ermənistan Ordusu tərəfindən atılmış “Toçka-U” taktiki raket aşkarlanıb

Füzulidə Ermənistan Ordusu tərəfindən atılmış “Toçka-U” taktiki raket aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 9M79M “Toçka-U” taktiki raket aşkar olunub.

Bu barədə “Azeri Defence” saytına ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bu gün həmçinin Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 9M525 raketi aşkar olunub. Aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır. Bu bombacıqlar “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş