Füzulidə ermənilərin Quadcopter tipli PUA-ı vuruldu – FOTO

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçuş aparatı vurulub.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd “DJI Inspire1” (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş