Füzulidə ölümlə nəticələnən partlayışa tank minası səbəb olub

Müdafiə Nazirliyi aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində baş vermiş ölümlə nəticələnən mina partlayışı barədə məlumat yayıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.

İlkin araşdırmaya görə partlamaya müharibə dövründən qalma tankəleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmamış, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi rəhbərliyi həlk olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş