Füzulidə mina hadisəsi: 20 il əvvəl yaralandığı yerdə minaya düşüb həlak oldu

Füzuli rayon sakini tank əleyhinə minaya düşərək həlak olub.

“AzeriDefence”nin məlumatına görə, yanvarın 14-də Füzuli rayonunun Qazaxlar kəndində baş vermiş hadisə nəticəsində adıçəkilən kəndin sakini Şakir Namazov həlak olub.

Sahədə at üzərində hərəkət edən Ş.Namazov tank əleyhinə minaya düşüb.

Mərhumun 1990-cı illərin əvvəllərində həmin ərazidə ermənilərin gülləsinə tuş gəldiyi bildirilir. O zaman Ş.Namazov yaralansa da həyatda qalmışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş