Gələn il “Marker” döyüş robotunun kontrol sınaqları keçiriləcək

Gələn il “Marker” döyüş robotunun kontrol sınaqları keçiriləcək

Rusiya müdafiə sənayesinin hazırladığı “Marker” döyüş robotunun kontrol sınaqları 2021-ci ildə keçiriləcək.

“AzeriDefence”nin verdiyi məlumata görə, bu barədə Rusiya Perspektivli Tədqiqatlar Fondunun texnologiya və robototexnika əsas elementlərinin inkişaf mərkəzinin rəhbəri Oleq Martyanov TASS xəbər agentliyinə müsahibəsində bildirib.

O.Martyanov deyib ki, “Marker” döyüş robotu kontrol sınaqlarından sonra Müdafiə Nazirliyinə təhvil veriləcək. Lakin sınaqdan sonra da “Marker” layihə dayandırılmayacaq. Rusiya müdafiə sənayesinin mütəxəssisləri “Marker” üzərində yeni təhdidlərə qarşı mübarizə variantlarını işləyəcək, yeni texnoloji həllər hazırlayacaq.

Bildirilib ki, “Marker” yüksək manevr etmək qabiliyyətinə malikdir. Tırtıllı platforma üzərində quraşdırılan döyüş moduluna uzaqdan idarə olunan iki növ silah və ya cihaz sistemi quraşdırıla bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş