Gəncədə hərbi hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub

Gəncədə hərbi hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub

Sentyabrın 16-da Gəncə Qarnizonunda hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsinin açılışı olub.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak edən general-mayor Xəqani Cəbrayılov və Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini polkovnik Elxan İbrahimov istifadəyə verilən şöbədə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş