Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb

Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb

Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıb.

“Azeri Defence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev bildirib ki, ixtisas hazırlığı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.

Əsgərlər adından çıxış edən İsi Əliyev Azərbaycan Ordusunda xidmət etdiyinə görə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkmilləşdirəcəklərinə söz verib.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş