Gənc sərhədçilərin andiçmə mərasimləri keçirilib

Gənc sərhədçilərin andiçmə mərasimləri keçirilib

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Azeri Defence saytına Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkənin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd ediblər.

Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Tədbirdə Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısının qəhrəmancasına alındığı, düşmənə sarsıdıcı zərbələr endirilərək məğlubiyyətə uğradıldığı xüsusi vurğulanıb.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş