Gabbiano T 20 radarı Hermes-450 pilotsuz uçuş aparatı üzərində sınaqdan keçirilib

Selex Qalileo firması tərəfindən hazırlanmış Gabbiano T 20 radarı Elbit Systems şirkətinin istehsalı olan Hermes-450 pilotsuz uçuş aparatı üzərində sınaqdan keçirilib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Selex Qalileo firması məlumat yayıb.

Sınaqlarda radarın yüksək keyfiyyətli xəritəçəkmə imkanları, Strip və Spot SAR və Ground Moving Target Indicator (GMTI) imkanları test edilib.

Sınaqlar zamanı Gabbiano T-20 radarı 40 mil məsafədə hərəkət edən hədəfləri aşkar edə, həmçinin landşaftın yüksək keyfiyyətli rəqəmsal təsvirlərini qeydə ala bilib.

KATEQORIYA:
Bu xəbəri paylaş