GDLS-C iki yeni maşınını təqdim edib

“General Dynamics Land Systems – Canada” (GDLS-C)  builki CANSEC konfransında iki yeni yüngül zirehli avtomobil (LAVA) seriyasını nümayiş etdirib.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, bunlardan biri LAV 6.0 Piyada Döyüş Maşınının (Combat Support Vehicle/CSV) əsasında yaradılan təcili tibbi yardım avtomobili (CSV-A), digəri isə xilasetmə vasitəsi kimi nəzərdə tutulan CSV-MR zirehli avtomobilidir.

Kanada hazırda M113, LAVA-II Bison zirehli avtomobillərdən istifadə edir.

Yeni sistem tədarükü nəzərdə tutulan ACSV proqramı çərçivəsində hazırlanıb. Proqramın dəyəri isə 1,1 milyard dollardır.

CSV-MR maksimum 4.400 kq yük qaldırma qabiliyyətinə malikdir. CSV-A-nın isə daxili həcmi ötən il təqdim olunan modelə nisbətən 20 faiz daha genişlənib.

KATEQORIYA:
Bu xəbəri paylaş