Gəmi sektorunda yenilik: ABŞ kənardan idarə edilən gəmi yaradıb -FOTO

ABŞ-ın məsafədən idarə edilməsi mümkün olan “Sea Hunter” (Dəniz Ovçusu) adlı hərbi gəmisinin sınaqlarına başlanılıb.

“AzəriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ-ın Müdafiə Layihələri Agetliyi (DARPA) tərəfindən tikilən gəminin uzunluqu 40.2 metrdir.

İlkin sınaqları uğurla keçən gəmi 30 knot (48 kilometr/saatda) sürətə sahibdir.

Layihənin dəyəri isə 120 milyon dollar təşkil edir.

Gəminin yalnız ABŞ donanmasının döyüş əməliyyatları üçün deyil, həmçinin mülki məqsədlərlə istifadəsi də nəzərdə tutulub.

Məlumatda o da qeyd edilib ki, ABŞ Müdafiə Nazirliyi növbəti 5 il ərzində pilotsuz gəmi layihəsinə 600 milyon dollar ayırıb. Bundan başqa, nazirliyin yüksək texnologiya pilotsuz sualtı hərbi gəmilərin tikintisi məsələsində də bir investisiya planı var.

382864_ACTUV-01

actuv-650x354 (1)

actuv-650x354

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş