Gənc əsgərlərlə praktik atışlar həyata keçirilib

Daxili Qoşunların Qaraheybətdə yerləşən Təlim mərkəzində hərbi xidmətə yeni qəbul edilən əsgərlərlə praktiki atışlar keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, atış tapşırıqlarını yerinə yetirmədən əvvəl əsgərlərin atəş hazırlığını müəyyən etmək üçün yoxlama məşğələləri keçirilib.
Həmçinin əsgərlər müxtəlif növ hədəflərlə tanış edilib. Qoşunların istifadəsində olan silahların taktiki-texniki xüsusiyyətləri və istifadəsi zamanı təhlükəsizlik qaydaları öyrədilib.
Hərbi hissə komandirinin rəhbərliyi ilə keçirilən praktiki atışlar zamanı hər bir elementin komandalar üzrə yerinə yetirilməsi diqqətdə saxlanılıb.
Qeyd edək ki, hər bir əsgərin hazırlığı fərdi qaydada yoxlanılıb. Ümumilikdə hərbi qulluqçuların atəş hazırlığı müsbət qiymətləndirilib.
KATEQORIYA:
Bu xəbəri paylaş