Gənc sərhədçilər and içib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz və Şəki şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunla­rı­nın ko­man­danı, gеnеral-polkovnik Еlçin Quliyеvin təbrik tеlеfonoqramı çatdırılıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü ərəfəsində keçirilən andiçmə mərasimlərində ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masından danışılıb, vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Bu ilin aprelində ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində erməni işğalından azad edilən ərazilərin, o cümlədən Lələtəpə yüksəkliyinin yaxınlığında yerləşən Horadiz Sərhəd Dəstəsində keçirilən mərasimdə Sərhəd Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, vətənimizin qərb sərhədlərinin də mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik еdərək vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidləri ilə başa çatıb.

????????????????????????????????????

????????????????????????????????????

photo_20160808100717

????????????????????????????????????

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş