Gənc sərhədçilər and içib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirlərdə çıxış edənlər yaradıcısı ümumilli lider Heydər Əliyev olan və 14-cü ildönümü qeyd edilən DSX-nın sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideyinlərini təbrik ediblər.

Gənc əsgərlərin valideyinləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş