Gəncədə mənzil növbəsində olan hərbi qulluqçulara şad xəbər

Müdafiə Nazirliyi Gəncə şəhərində yaşayan, hazırda ehtiyatda və istefada olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün müraciətlərin qəbulunu elan edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin elanında bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Silahlı Qüvvələrdə 1992-ci ildən həqiqi hərbi xidmətə başlamış, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (055) 675-26-56

KATEQORIYA:
Bu xəbəri paylaş