General: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”

General: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb.

Azeri Defence saytının məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

General Hüseyn Mahmudov bildirib ki, əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir: “Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır.

Bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub, nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb”.

KATEQORIYA:
Bu xəbəri paylaş