General Allahverdi Bağırovun son döyüşündən yazdı

General Allahverdi Bağırovun son döyüşündən yazdı

Bu gün Azərbaycan Ordusunun uğurlu Ağdərə əməliyyatının başlamasından, eyni zamanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 845 saylı hərbi hissənin komandiri Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

“AzeriDefence”nin məlumatına görə, həmin dövrdə Ağdam istiqamətində briqadanın qərargah rəisi olmuş, ehtiyatda olan general-mayor Altay Mehdiyev “Facebook” səhifəsində Milli Qəhrəman Allahverdi Bağırovla iştirak etdikləri son əməliyyatla bağlı xatirələrini paylaşıb.

Xatirələri olduğu kimi təqdim edirik:

Ehtiyatda olan general-mayor Altay Mehdiyev

İyun ayının əvvəllərində (1992-ci il- red.) Aranzəmin, Pircamal, Naxcıvanlı istiqamətlərində hucum planı hazırlanıb, hucuma cəlb olunan komandirlərə catdırıldı.

İyun ayının 11-də artıq Aranzəmin, Pırcamal yaşayış məntəqələri və ətraf bütün yuksəkliklər qüvvələrimiz tərəfindən nəzarət altına alınmışdı. Mən o zaman Ağdam istiqamətində yerləşən briqadanın qərargah rəisi idim. İyun ayının 12-də hucumu davam etmək məqsədi ilə saat altı radələrində cəlb olunan komadirlər -Allahverdi Bağırov, Asif Məhərrəmov (Fred Asif), Yaqub Rzayev (Qatır Məmməd) tapşırıqları dəqiqləşdirmək məqsədi ilə Uzundərədə yerləşən briqada qərargahına gəldilər.

Tapşırıqlar dəqiqləşdiriləndən sonra mən hərbi hissə komandirləri ilə birlikdə qərargahdan cıxdım. Ayrılanda Allahverdi Bağırov mənə “rəis döyüşə gedirik, bilmək olmaz necə olacaq. Bəlkə çayını içək, sonra gedək”-söylədi.

Qısa zamanda ağacların arasındakı masada çayı hazırlayıb, bizi masaya dəvət etdilər.

Baxmayaraq ki, biz masa arxasında çox qısa muddət ərzində oturduq, amma çox gözəl, maraqlı, unudulmaz bir həyat yaşadıq. Hərkəs keçmiş günlərini xatırladı. Allahverdi Bağırov Fred Asiflə möhkəm dostluqlarından, Rusiyaya bir yerdə gedərkən Fred Asifin qatarda xəstələnməsindən, belini əsgər “kuruşkası” ilə bankalamasında mehribancasına danışdı.

“Naxçıvanlıda görüşənədək”- deyib ayrıdıq.

Çox əfsuslar olsun ki, biz Naxcıvanlıda göruşə bılmədik.

Allahverdi Bağırov döyüş tapşırığını yerinə yetirərkən Arənzəmin yaxınlığında UAZ avtomobilində minaya düşərək sürücüsü Əmir və Nizami həkimlə birlikdə şəhid oldular.

Təqribən 15-20 dəqiqə sonra briqadanın kəşfiyat rəisi mayor Barat Quliyev UAZ markalı avtomobildə, baş verən hadisə yerinin yaxınlığında minaya duşərək özü xəsarət alsada, topçu zabit və sürücü şəhid oldular.

Təqribən eyni vaxtda Naxçıvanlı istiqamətində sürücüm İqnat Məmmədovla birlikdə “Niva” avtomobilində hərəkət edərkən Daxili Qoşunlara məxsus BRDM markalı döyuş maşını ilə toqquşdum. “Niva” tanınmaz vəziyyətə duşdü, hər ikimiz ağır xəsarət aldıq.

Beləliklə, 12 iyun tarixi ən ağır gunlərdən biri kimi tarixə düşdü. Biz həmin günü ön xətdən arxada 5 şəhid, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almaqla başa vurduq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş