General Altay Mehdiyev: Azərbaycan Ordusu düşmənə qarşı ən yeni döyüş taktikaları tətbiq edir

General Altay Mehdiyev: Azərbaycan Ordusu düşmənə qarşı ən yeni döyüş taktikaları tətbiq edir

“Ali Baş Komandan Dağlıq Qarabağ problemini bu ana qədər beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə, hec bir itkilər vermədən, ədalətli həllinə calışıb. Paralel olaraq bütün bu müddət ərzində Silahlı Qüvvələrəmizin inkişafı, yeni silahların alınması, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və ermənilər tərəfindən zəbt olunmasını bütün dünyaya catdırılması istiqamətində böyük işlər görülüb”.

Bu barədə “Azeri Defence”ə açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan general-mayor Altay Mehdiyev bildirib.

General qeyd edib ki, düşmən Prezident İlham Əliyevin bütün cağırışlarına, Qarabağ probleminin hec bir itkilər vermədən, ancaq sülh yolu ilə həll edilməsinə,  məhəl qoymayaraq  sentyabrın 27-də respublikamızın mülki əhalisinin yaşadığı ərazilərə bir necə istiqamətdən hücuma keçdi.

Cəbhədə baş verən döyüşləri şərh edən general bildirib ki, hazırda Azərbaycan Ordusu düşmənə qarşı hələ dünyaya məlum olmayan ən yeni döyüş taktikaları tətbiq edir:

  • Bölmələrimiz tərəfindən özündən razı, lakin bölmələrimizdən qat-qat zəif olan düşmənin hücum qruplaşmasına sarsıdıcı zərbələr endirərək, onun hücum qruplaşmasını darmadağın etməklə, onlara qorxu və vahimə hissi, ruh düşgünlüyü yaratmaqla, onların demoralizə olunmasına və bununla da sonraki hücumlardan imtina etməyə məcbur etdilər;
  • Düşmən ehtiyatları, düşmənin hərbi obektləri, yüksəkliklərdə illərlə hazırladıqları beton istehkamları, tunelləri, onlarda yerləşən döyüş texnikalarını, şəxsi heyyətini ağır zərbələrlə darmadağın edərək, bölmələrimizin əks-hücuma kecməsinə şərait yaratdılar;
  • Düşmən ehtiyyatlarının qarşısını almaq məqsədi ilə hələ toplama rayonlarında, marş zamanı, döyüş mövqeyinə catmamış düşməni ən yeni silahlarla, PUA-larla, ağır artilleriya silahları ilə darmadağın etdilər.
  • Ən əsası isə ondan ibarətdir ki, Müdafiə Nazirliyi düşmənin qüvvə və vasitələrinin məhf edilməsinə dair görüntüləri video vasitəsi ilə daim yayaraq düşməni bir daha sarsıdıb, onu qorxu icərisində saxlayır.

Ermənistan Ordusunun komandanlığı, generaliteti barədə geniş məlumata sahib olduğunu deyən Altay Mehdiyev bildirib ki, belə generalları, komandirləri olan düşmən ordusuna qalib gəlmək, torpaqlarımızı azad etmək Azərbaycan Ordusu üçün heç bir problem deyil: “Çünki, hələ 1992-ci ildən bütün istiqamətlərdə döyüşlərə rəhbərlik edib, döyüş tapşırığı yerinə yetirmişəm. Düşmən ordusunu, komandirlərini, onlarin nəyə qadir olduqlarını cox gözəl bilirəm. Məhz belə də oldu. Duşmən hazırlıqsız, heç bir döyüş hazırlığı olmayan, idarə olunmayan bölmələrlə, köhnə, paslanmış, texniki xidmət görməyən texnikalardan həmişə olduğu kimi “qonşuya” güvənərək döyüşə atılıb, nəticədə “qonşusuz” qalan qüvvələri döyüşdən imtina edib, problemlərini danışıqlarla həll etməyə məcbur oldular”.

General deyib ki, onun fikirlərini düşmənin kecmiş Müdafiə naziri Seyran Ohanyanın “Qarabağ cəbhəsində vəziyyətin həddən artıq kritik olduğu məqamda danışıqlar prossesi hərbi əməliyyatlardan daha yaxşıdır” təklifi bir daha təsdiq edir. “Çünki düşmən döyüşləri davam etdirməyə kifayət qədər qüvvəsinin olmamasından narahatdır. Ermənistanda yaşayan gənc ermənilər savaşa getməkdən, Qarabağda ölməkdən imtina edirlər, müxtəlif bəhanələr gətirir, ordudan yayınırlar. Hərbi təlim görməyən gənc ermənilər evlərdən, polis tərəfdən şəhərlərdən tutularaq bir başa ön cəbhəyə göndərilirlər. Onlar oradan yenə də döyüş mövqeyini tərk edərək, fərarilik edirlər. Bu gün xalqımız bir daha əsil xalq-ordu birliyini, həmrəyliyini nümayiş etdirir. Bəli, bu gün deyə bilərik ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında və onun təşəbbüsü ilə son illər alınmış ən müasir silahlarla, vətənpərvər komandirlərin, igid əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandanımıza və ordumuza tam dəstəyi nəticəsində düşmənə dağıdıcı zərbələr endirilir və zəbt olunmuş torpaqlarımız qısa zamanda, tam şəkildə xalqımıza qaytarılacaqdır!”

KATEQORIYA:
Bu xəbəri paylaş