General Altay Mehdiyev: Movses Akopyan özü də yalan danışır

Düşmənin son zamanlar yazdıqlarından aydın olur ki, müharibənin gedişi haqqında verilən məlumatların 80 faizi yalan məlumatlardır.

“Azeri Defence”nin məlumatına görə, bunu Azərbaycan Ordusunun istefada olan general-mayoru Altay Mehdiyev özünün sosial media hesabında yazıb.

Altay Mehdiyev bildirib ki, elə general Movses Akopyan özü də yalan danışmaqda o birilərindən geri qalmır: “Erməni generalı Movses Akopyanın adından yayılan yalan məlumata əsasən “2018-ci ilin aprel -may aylarında Azərbaycan Ordusunun həyata kecirdiyi uğurlu Günnüt əməliyyatı zamanı ayrı-ayrı istiqamətlərdə azərbaycanlılar 6 km irəliləmişdi” faktı da həqiqətə uyğun deyil. Belə ki, o tarixə qədər Naxcıvan Muxtar Respublikasında 2003-2006-cı illər ərzində mənim planım, təklifim, rəhbərliyim və şəxsən iştirakım ilə çox sayda əməliyyatlar həyata  kecirilib. Nəticədə 11 min hektardan artıq torpaqlarımız azad edilib. Faktı Naxcıvan Muxtar Respublikasında yaşayanlar və həmin illərdə xidmət edən əsgər və zabitlər təsdiqləyə bilərlər. Döyüşlər barədə düşmən tərəfin yalan, qeyri-obyektiv məlumat verməsi daxili auditoriyaya hesablanmış yalan və özü-özünə təskinlik verməkdən başqa bir şey deyildir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş