“General Atomics” şirkəti MQ-9 “Reaper” PUA-ları təkmilləşdirib

“General Atomics” şirkəti MQ-9 “Reaper” PUA-ları təkmilləşdirib

ABŞ-ın “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) şirkəti MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarını (PUA) təkmilləşdirib.

Bu barədə “AzeriDefence” “General Atomics” şirkətinə istinadən məlumat verib.

Modernizasiya nəticəsində MQ-9 “Reaper” PUA-nın avtomatik uçuş və eniş (ATLC) imkanları artırılıb. PUA-nın təkmilləşdirilməsi MQ-9 “Reaper”ın peyk rabitəsi (satcom) nəzarəti altında olduğu zaman yerüstü idarəetmə stansiyasının (GCS) olmadığı yerlərə alternativ və ya yönəldilməsi imkanı verir.

Orta hündürlük və uzaq məsafə (MALE) sinifinə məxsus MQ-9 PUA-lar çoxfunksiyalı aktiv sensor, yüksək daşıma qabiliyyəti və artırılmış sürətə malikdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş