General: Bu fakt hücum döyüşu aparan tərəf üçün həddindən artıq müsbət  göstəricidir

Bu gün Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə prosseslərin indiki şəkildə inkişaf etməsi Silahlı Qüvvələrimizin üstün mövqelərdə olmasına sübutdur.

Bunu “Azeri Defence” saytına açıqlamasında istefada olan general-mayor Altay Mehdiyev bildirib.

Cəbhədə baş verən döyüşləri şərh edən generalın sözlərinə görə, Azərbaycan Ordusu əks-hücum döyüşləri aparmasına baxmayaraq, məhz ən yeni döyüş taktikasından istifadə etməklə, düşmənə 20-25 qat ağır itkilər verdirir.

“Bu fakt hücum döyüşu aparan tərəf üçün həddindən artıq müsbət göstəricidir”, – deyə A. Mehdiyev vurğulayıb.

General bildirib ki, Azərbaycan Ordusu istənilən vaxtda, istənilən istiqamətdə və bütün cəbhə boyu istənilən dərinlikdə düşmən qüvvələrini məhv etməyə qadirdir.

“Eyni zamanda mərkəzləşdirilmiş idarəetməyə, bütün qüvvələrimizin eyni mərkəzdən idarə olunmasına nail olunub. Məhz bu səbəbdən də, Silahlı Qüvvələrimiz kiçik itkilər verməklə düşmən qüvvələrini darmadağın etməyi bacarıb”, – deyə general əlavə edib.

General Altay Mehdiyevin fikrincə, qazanılan ilkin qələbənin ən böyük əhəmiyyətlərindən biri də strateji üstunlüyün düşmənin əlindən alınmasıdır: “Bu fakt şəxsi heyyətin qələbəyə inamını artıraraq, bir daha sübut etdi ki, düşmən haqqında söylənilənlər tam əfsanəymiş. Eyni zamanda, düşmən də Silahlı Qüvvələrimizin nəyə qadir olduğunun şahidi oldu. Biz bununla  düşmənə bir daha sübüt etdik ki, ordumuz məğlubolunmazdır”.

General bildirib ki, gözlənilmədən aldığı sarsıdıcı zərbələrdən sonra, düşmən nəyin bahasına olursa olsun xaricdən gətirdiyi muzdlu qüvvələr hesabına döyüşün müddətini uzatmaq və bu müddət ərzındə dünya ölkələri qarşısında diz çökərək, məhv olunmasının qarşısını almaq məqsədi ilə kömək istəyir. Düşmən tərəfin uğursuzluqlarını Baş nazir Nikol Paşinyanın hərəkətlərindən, danışıqlarından da açıq müşahidə edildiyinə diqqət çəkən generalın sözlərinə görə, Paşinyanın ermənilərə son müraciəti zamanı sərgilədiyi davranış Adolf Hitlerin 1945-ci il yanvar ayının 20-də alman xalqına etdiyi müraciət zamanı davranışına bənzəyir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş