“General Dynamics” Böyük Britaniyanın zirehli texnika parkını gücləndirir

“General Dynamics” Böyük Britaniyanın zirehli texnika parkını gücləndirir

Böyük Britaniya Müdafiə Nazirliyi AJAX zirehli maşın ailəsinin ilk altı ədəd “Ares” adlı piyadanın döyüş maşınını təhvil alıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.

2014-cü ilin sentyabr ayında Böyük Britaniya ilə “General Dynamics” şirkəti arasında 589 ədəd AJAX nəqliyyat vasitəsinin alqı-satqısına dair 3.5 milyard funt sterlinq dəyərində müqavilə imzalanıb. 2015-ci ilin iyul ayında tərəflər arasında əlavə olaraq 390 milyon funt sterlinq dəyərində müqavilə bağlanıb. Müqavilələr çərçivəsində “General Dynamics” şirkəti İngiltərə Silahlı Qüvvələrini 2024-cü ilə qədər AJAX zirehli maşınları və əlavə avadanlıqlarla təchiz edəcək.

Qeyd edək ki, “General Dynamics” şirkəti tərəfindən Böyük Britaniya Ordusunun ehtiyaclarını qarılamaq məqsədilə AJAX proqramı çərçivəsində hazırlanan zirehli maşnların “Ajax”, “Ares”, “Apollo”, “Athena”, “Atlas” və “Argus” adlı 6 versiyası mövcuddur.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş