General Dynamics və Rheinmerall tank sursatlarını istehsalı üçün güclərin birləşdirdi

Dünyanın iki aparıcı hərbi şirkəti – General Dynamics və Rheinmerall Defence tank döyüş sursatlarını istehsal etmək üçün Defense Munitions International LLC (DMI) adlı birgə şirkət yaradıblar. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rheinmerall Defence şirkəti məlumat yayıb.

Yeni firma ABŞ və beynəlxalq bazar üçün 120 mm çaplı kinetic enerjili və çoxməqsədli sursatlar istehsal edəcək.

Qeyd edək ki, iki şirkət birlikdə indiyədək “Abrams” tankları üçün KEW A1 və KEW A2 tipli döyüş sursatlarını istehsal edib.

KATEQORIYA:
Bu xəbəri paylaş