General-leytenant Arzu Rəhimov: Vətəndaşlardan yuxarı instansiyalara ünvanlanan müraciətlərin sayı azalıb

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən daxil olan 49 minə yaxın şikayət ərizəsinə müvafiq qanunvericiliyin tələbləri çərçivəsində baxılaraq zəruri tədbirlər görülüb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illiyi münasibəti ilə təşkil olunmuş tədbirdə çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A.Rəhimov qeyd edib ki, Xidmətin idarə, şöbə və bölmələrində vətəndaş məmur münasibətlərinin minumuma endirilməsi məqsədi ilə xidmətin əməkdaşları “Asan Xidmət” mərkəzlərinə ezam olub. Bu isə öz növbəsində vətəndaşların “Asan Xidmət” mərkəzlərinə birbaşa müraciət etmələrinə şərait yaradıb.

“Qeyd olunan istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən müsbət qarşılanaraq, ümumi işimizə əsaslı təsirini göstərib və vətəndaşların Xidmətin aparatına, o cümlədən yuxarı istansiyalara ünvanlanan çoxsaylı müraciətlərin azalmasına səbəb olub”, – deyə A.Rəhimov vurğulayıb.

A.Rəhimov bildirib ki, qarşıya qoyulan vəzifələrin daim yüksək səfiyədə həyata keçirilməsi üçün maddi texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması hazırda zəruri məsələlərdəndir. Bu məqsədlə Xidmətin struktur bölmələrində və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC binalarında əsaslı təmir işləri aparılıb. Bununla yanaşı Nizamı rayonu və Ağsu rayon şöbəsinin yeni inzibati binalarının açılışı həyata keçirilərək şəxsi heyətin istifadəsinə verilib. Sumqayıt şəhərində də Xidmətin inzibati binası əsaslı təmir olunub. Uzun illər hərbi komissarlıqların fəaliyyət göstərdikləri inzibati binalar Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Xidmətin balansına verilib.

Xidmət rəisi SHXÇDX-nin fəaliyyətinin daha da səmərəli təşkil edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflərin hazırlandığını qeyd edib. O, qeyd edib ki, Xidmət rəisi tərəfindən respublikanın bütün bölgələrində və Xidmətin aparatında mütamadi olaraq vətəndaşların qəbulu keçirilib, şikayyət və təkilifləri dinlənilib, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətlərə baxılması təmin edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş