General-leytenant Yaşar Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

General-leytenant Yaşar Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Azeri Defence saytı Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən Azərbaycanda milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-leytenant Yaşar Əliyevin bu gün 60 yaşı tamam olur.

KATEQORIYA:
Bu xəbəri paylaş