General-leytenant Yaşar Aydəmirov: “Transparency İnternational təşkilatının Azərbaycanın müdafiə sektoru barədə məruzəsi qərəzlidir”

“Beynəlxalq Transparency İnternational təşkilatı tərəfindən şübhə doğuran mənbələrə əsaslanaraq hazırlanan məruzədə Azərbaycanın müdafiə sektorunun guya “ən yüksək riskli korrupsiya” ilə üzləşməsinə dair çıxarılan nəticənin heç bir əsası yoxdur və bu məlumat adı çəkilən qurumun ölkəmizə qarşı qərəzli mövqedə olmasını açıq-aydın əks etdirir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə hərbi ekspert, keçmiş korpus komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

“Erməni lobbisi ilə sıx əməkdaşlıq edən və müxtəlif erməni təşkilatlarının maliyyə dəstəyindən bəhrələnən bir təşkilatın Azərbaycan haqqında böhtan xarakterli sənəd yayması heç də təəccüblü deyil. Özü korrupsiyaya qurşanmış bir təşkilatın müxtəlif ölkələrdə korrupsiya risklərindən danışması, onun yaydığı sənədi və təşkilatın şəfffaf və ədalətli olmasını da sübhə altına alır”, – deyə ekspert vurğulayıb.

Y. Aydəmirovun sözlərinə görə, Azərbaycanda müdafiə sektorunda şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı üzrə tədbirlər həyata keçirilir. Hər iki planın Azərbaycan Silahlı Qüvvələrində icrasının təmin edilməsi barədə Müdafiə naziri tərəfindən müvafiq əmr verilərək tədbirlər planları təsdiq olunub. Eyni zamanda görülən işlər barədə Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir. Bundan əlavə Müdafiə Nazirliyi öz fəaliyyəti haqqında xəbərləri mütəmadi olaraq nazirliyin rəsmi internernet səhifəsinə yerləşdirməklə kütləvi informasiya vasitələrini və ictimaiyyəti ətraflı məlumatlandırır.

“Təəssüf doğuran odur ki, bəzi kütləvi informasiya vasitələri basda “Azadlıq” qəzeti və saytı olmaqla bu cür qərəzli məlumatları səxavətlə öz səhifələrində dərc edir, itkilərimizə sevinir, erməni saytlarının məlumatlarını tirajlayır. Əsası isə reallığı, yəni əldə edilən uğurları görmür, ya da ki, onlara sərf etmədiyi üçün görmək istəmirlər”, – deyə ekspert vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş