General-leytenant Yaşar Aydəmirov: “Türkiyə generallarının Azərbaycana səfərləri erməniləri qorxuda saxlayır”

Ordu generalı Salih Zəki Çolakın səfəri ölkələrimiz arasında hərbi sahəsdə əməkdaşlığın inkişafına növbəti təkan verəcək

“Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Salih Zəki Çolakın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək. Bu səfərlər erməni tərəfini daim qorxu içində saxlayır”. Bunu “AzeriDefence”yə açıqlamasında hərbi ekspert, keçmiş korpus komandiri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Aydemirov

Yaşar Aydəmirov

Y. Aydəmirovun sözlərinə görə, strateji səviyyədə olan bu münasibətlər getdikcə genişləndirilir. Hərbçilərin birgə iş planlarını müzakirə etməsi, fəaliyyətlərin uzlaşdırılması, müxtəlif qoşun növlərinin iştirakı ilə həm Azərbaycanda, həm də Türkiyədə keçirilən hərbi təlimlər ölkələrin təhlükəsizliyə nə dərəcədə önəm verməsinin göstəricisidir.

“Fikir verin, biri-birindən yüksək çinli türk general və admiralları artıq tək Bakıya deyil Gəncə, Şəmkir şəhərlərinə, hətta döyüş bölgəsində yerləşən hərbi hissələrə səfərlər edir, yerlərdə ordumuzun vəziyyəti ilə tanış olur, onun hazırlığına yüksək qiymət verir. Bu bizə əməli dəstək verməklə yanaşı, düşmən tərəfini də təşvişə, qorxuya salır. Ermənistan hərbi rəhbərliyi boş xülyalarla yaşamamalı və əbəs yerə gəclərini qırğına göndərməməlidir. Onlar regiondakı qüvvələr nisbətini dərk etməli, işğal etdikləri Azərbaycan ərazilərini tezliklə, qeyd-şərtsiz azad etməlidirlər. Qarşı tərəf anlamalıdır ki, bu dəfə Azərbaycan əsgərinin işğalçılara vuracağı zərbə Ermənistanın hərbi infrastrukturunun, potensilının tam çökməsinə gətirəcək. Çünki Azərbaycanın özünün istehsal etdiyi və başqa ölkələrdən əldə edərək silahlanmaya daxil etdiyi silahlar, şəxsi heyətin döyüş hazırlığı buna tam zəmin yaradır. Bu artıq danılmaz faktdır. Və qarşı tərəf də bununla razılaşmalıdır”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş