General-mayor Abbasəli Novruzov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Abbasəli Ramazan oğlu Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

A.Novruzov Azərbaycanda xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, general-mayor A. Novruzov 2001-ci ilədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində nazir müavini – Sərhəd Qoşunları Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş